Gürcüstanın xarici turizmdən gəliri 95% azalıb

 Gürcüstanın xarici turizmdən gəliri 95% azalıb

16 Oktyabr, 2020 | 11:21

Bu ilin sentyabr ayında Gürcüstan xarici turizmdən 15,7 milyon ABŞ dolları gəlir əldə edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirin həcmi 95,1% azalıb.

Sentyabr ayında Gürcüstan 52,1 min beynəlxalq ziyarətçi, 41,8 min turist qəbul edib. Beynəlxalq ziyarətçilərin sayında illik müqayisədə 93,8%, turistlərin sayında isə 92,2% azalma qeydə alınıb. /Report/

Digər xəbərlər