Gürcüstanın ixrac və idxalı azalıb

 Gürcüstanın ixrac və idxalı azalıb

13 Oktyabr, 2020 | 11:24

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətən 14,9% azalaraq 8 milyard 121 milyon ABŞ dollarına bərabər olub.

 NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə qonşu ölkənin ixracının dəyəri 2 milyard 403,5 milyon dollar, idxalının dəyəri isə 5 milyard 717,6 milyon dollar təşkil edib. İllik müqayisədə ixracın həcmində 12,1%, idxalın həcmində isə 15,9% azalma qeydə alınıb.

İlk 9 ayda Gürcüstanın ticarət kəsiri 3 milyard 314,1 milyon dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,8%-dir.

Digər xəbərlər