Gürcüstanda ən çox və ən az maaş olan bölgələr – SİYAHI

 Gürcüstanda ən çox və ən az maaş olan bölgələr – SİYAHI

13 Oktyabr, 2020 | 14:57

Gürcüstanın Milli Statistika İdarəsi 2019-cu il üzrə orta aylıq əməkhaqqı ilə bağlı hesabat dərc edib.

NewsBureau xəbər verir ki, sənədə görə ötən il orta nominal əməkhaqqı 2018-ci illə müqayisədə 5,7% artaraq 1 129,5 lari olub.

Hesabatda ən çox və ən az maaş verilən bölgələrin siyahısı da yer alıb. Siyahıdan məlum olur ki, ölkədə ən yüksək əməkhaqqı Tbilisi və Acarıstandadır.

  • Tbilisi – 1 350 lari
  • Acarıstan – 952,9 lari
  • Mtsxeta – Mtianeti – 901,9 lari
  • Kvemo Kartli – 851,4 lari
  • Sameqrelo – Zemo Svaneti – 793,1 lari
  • İmereti – 723,2 lari
  • Samtsxe Cavaxeti  – 711,6 lari
  • Şida Kartli – 707,2 lari
  • Kaxeti – 690,2 lari
  • Quriya – 617,7 lari
  • Raça – Leçxumi və Kvemo Svaneti – 556,9 lari

Digər xəbərlər