Lari dəyər itirməkdə davam edir – Çörək bahalaşacaq?

 Lari dəyər itirməkdə davam edir – Çörək bahalaşacaq?

25 Sentyabr, 2020 | 17:31

Larinin dəyər itirməsi səbəbindən Gürcüstanda çörəyin bahalaşması mümkünlüyü müzakirə mövzusuna çevrilib.

NewsBureau xəbər verir ki, Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının rəhbəri Malxaz Dolidze məsələyə münasibət bildirib.

O deyib ki, un və çörəyin qiyməti hələ artmayıb və çörəkbişirmə müəssisələri sabit işləyir: “Bugünkü vəziyyət saxlanılsa, çörək bahalaşmayacaq. Lakin əgər taxıl, unun qiyməti, elektrik enerjisi və su tarifi artacaqsa, o zaman çörəyin qiymətinin 10 tetri bahalaşacağını ehtimal etmək olar”.

Digər xəbərlər