Gürcüstan və Azərbaycan ticarəti azaldıb

 Gürcüstan və Azərbaycan ticarəti azaldıb

21 Sentyabr, 2020 | 12:40

Bu ilin yanvar-avqust aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 594 milyon ABŞ dolları təşkil edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Gürcüstanın ümumi ticarət dövriyyəsində 8,5% payla Azərbaycan bu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yerdə qərarlaşıb.

İllik müqayisədə Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 13% azalıb.

Hesabat dövründə Gürcüstan Azərbaycana ümumi dəyəri 284,2 mln ABŞ dolları olan məhsul ixrac edib.

İllik müqayisədə Gürcüstanın qonşu ölkəyə ixracı 11,9% azalıb.

İlk səkkiz ayda Azərbaycan Gürcüstanın ümumi ixracında 13,7% payla  ölkənin Çindən sonra ikinci əsas ixrac tərəfdaşı olub.

Yanvar-avqustda Gürcüstan Azərbaycandan 309,5 mln ABŞ dolları dəyərində məhsul idxal edib.

Ötən ilin eyni göstəricisi ilə müqayisədə Gürcüstanın Azərbaycandan idxalında 15,7% azalma qeydə alınıb.

Hesabat dövründə Azərbaycanın Gürcüstanın ümumi idxalındakı payı 6,3% olub. Bu payla Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beşinci əsas idxal tərəfdaşı olub. /Report/

Digər xəbərlər