Lari niyə ucuzlaşır? – Nazirdən izah

 Lari niyə ucuzlaşır? – Nazirdən izah

19 Sentyabr, 2020 | 11:36

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ötən gün larinin ucuzlaşmasının səbəblərindən danışıb.

NewsBureau xəbər verir ki, o, milli valyutanın məzənnəsinə ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı yaranan mənfi gözləntilərin təsir etdiyini bildirib.

N.Turnavanın sözlərinə görə, Gürcüstanda sərt məhdudiyyətlər tətbiq olunmayacaq: “Biznes adi qaydada fəaliyyətini davam etdirəcək, iqtisadiyyatı dəstəkləyəcəyik. Mərhələli şəkildə və ehtiyatla sərhədləri açacağıq. Hesab edirik ki, bu, larinin məzənnəsini sabitləşdirəcək”.  

Nazir ölkə iqtisadiyyatında pozitiv tendensiyaların artıq müşahidə olunduğunu qeyd edib: “Zamanla larinin məzənnəsinə təsir edən bəzi faktorlar aradan qaldırılacaq”.

Digər xəbərlər