Azərbaycan Gürcüstanın ən böyük elektrik enerjisi təminatçısı olub

 Azərbaycan Gürcüstanın ən böyük elektrik enerjisi təminatçısı olub

18 Sentyabr, 2020 | 16:02

Bu ilin yanvar-avqust aylarında Gürcüstan 835,2 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

NewsBureau xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilir.

İdxalın 448,7 milyon kilovatt/saatını və yaxud 54%-ni Azərbaycan təmin edib.  

Yanvar-avqustda Gürcüstanın II əsas elektrik enerjisi tədarükçüsü 386,5 milyon kilovatt/saatla Rusiya olub.

Hesabat dövründə ölkədə elektrik enerjisinin istehlak həcmi 8 275,8 milyon kilovatt/saata, istehsal həcmi isə 7 636,3 milyon kilovatt/saata bərabər olub. /Report/

Digər xəbərlər