Larinin məzənnəsi sabit qalacaqmı? – Maliyyə nazirindən AÇIQLAMA

 Larinin məzənnəsi sabit qalacaqmı? – Maliyyə nazirindən AÇIQLAMA

16 Sentyabr, 2020 | 17:25

“Larinin sabitliyi təhlükədə deyil”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib.

Nazirin sözlərinə görə, ölkənin Milli Bankı ilin sonuna qədər məzənnəni sabit saxlamağa çalışacaq: “Milli Bank larinin məzənnəsinin sabitliyini təmin etməyə hazırdır”.

Qeyd edək ki, son günlər lari dollara qarşı ucuzlaşmaqda davam edir. Milli Bankın müəyyən etdiyi məzənnəyə əsasən, sentyabrın 17-də 1 ABŞ dolları 3,1547 lari təşkil edəcək.

Digər xəbərlər