Gürcüstanda ən yüksək maaşlı sahələr açıqlanıb – SİYAHI

 Gürcüstanda ən yüksək maaşlı sahələr açıqlanıb – SİYAHI

15 Sentyabr, 2020 | 13:11

Bu ilin aprel-iyun aylarında Gürcüstanda orta aylıq nominal əməkhaqqı illik müqayisədə 29,6 lari və yaxud 2,5% azalaraq 1 150,1 lari təşkil edib.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Bu ilin II rübündə ölkədə ən yüksək maaş aşağıdakı sahələrdə qeydə alınıb:

  • Maliyyə və sığorta – 2 040,9  lari
  • İnformasiya və kommunikasiya – 1 932,8lari
  • Peşə, elmi və texniki fəaliyyət – 1 786,9 lari
  • Tikinti – 1 621,4 lari

Hesabat dövründə kişilərin orta aylıq maaşı 1 352,4 lari, qadınların maaşı isə 924,2 lari olub.

Digər xəbərlər