Avqustda Azərbaycandan Gürcüstana 7 milyon dollar köçürülüb

 Avqustda Azərbaycandan Gürcüstana 7 milyon dollar köçürülüb

15 Sentyabr, 2020 | 12:41

Bu ilin avqust ayında Azərbaycandan Gürcüstana 7 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

İllik müqayisədə pul köçürmələrinin məbləği 3,6 dəfə artıb.

Ötən ay Gürcüstana xaricdən daxil olan pul köçürmələrinin 3,8%-i  Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 1,4 milyon dollar pul köçürülüb. Bu, illik müqayisədə 0,1 milyon dollar azdır. 

Ay ərzində Gürcüstana xarici ölkələrdən daxil olan pul köçürmələrinin məbləği isə illik müqayisədə 25,8% artaraq 184,2 milyon dollara bərabər olub.

Gürcüstandan digər ölkələrə isə 23,1 milyon dollar (21,5% artım) köçürülüb. /Report/

Digər xəbərlər