Gürcüstanın xarici ticarəti azalıb

 Gürcüstanın xarici ticarəti azalıb

14 Sentyabr, 2020 | 11:45

Bu ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 7 milyard 022,8 milyon ABŞ dolları təşkil edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə həcmdə 16,7% azalma qeydə alınıb.

İlk 8 ayda ixrac həcmi illik müqayisədə 14,7% azalaraq 2 milyard 071,4 milyon dollar, idxal həcmi isə 17,5% azalaraq 4 milyard 951,4 milyon dollara bərabər olub.

Hesabat dövründə Gürcüstanın ticarət kəsiri 2 milyard 880 milyon dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41%-dir.

Digər xəbərlər