Gürcüstan beynəlxalq uçuşlara məhdudiyyətlərin müddətini yenə uzadıb

 Gürcüstan beynəlxalq uçuşlara məhdudiyyətlərin müddətini yenə uzadıb

12 Sentyabr, 2020 | 09:55

Gürcüstan beynəlxalq müntəzəm aviareyslərə tətbiq etdiyi məhdudiyyətlərin müddətini noyabrın 1-dək uzadıb.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyindən bildirilib.

Məhdudiyyətlər Tbilisidən Münhen, Paris və Riqa istiqamətlərinə uçuşlara şamil olunmayacaq.

Qeyd edək ki, bundan öncə beynəlxalq müntəzəm aviareyslərə məhdudiyyətlərin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulurdu.

Digər xəbərlər