Gürcüstanda internetdən ən çox nə üçün istifadə edirlər? – Statistika

 Gürcüstanda internetdən ən çox nə üçün istifadə edirlər? – Statistika

11 Sentyabr, 2020 | 11:53

Gürcüstanda ailələrin 83,8%-nin internetə çıxış imkanı var.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Bu göstərici illik müqayisədə 4,6% çoxdur.

Araşdırmaya əsasən, son üç ayda 15 və yuxarı yaşda olanlar internetdən aşağıdakı məqsədlər üçün istifadə ediblər:

Sosial şəbəkələrdən istifadə – 95,2%

Telefon/video zənglər – 86,1%

Onlayn xəbərlər/qəzet/jurnalların oxunması – 54,9%

Sağlamlıqla bağlı məlumatların axtarışı – 51,4%

Emaillərin göndərilməsi/alınması – 47,6%

Məhsul və xidmətlər haqqında informasiya axtarışı – 38,5%

İnternet bankçılıq – 34,7%

Proqram təminatı və tətbiqlərin yüklənməsi – 17,9%

İş xtarışı, vakansiyalarla bağlı müraciətlərin göndərilməsi – 14,2%

Digər xəbərlər