Azərbaycandan Gürcüstana səfərlər 72,7% azalıb

 Azərbaycandan Gürcüstana səfərlər 72,7% azalıb

11 Sentyabr, 2020 | 10:27

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 279 387 nəfər ziyarətçi səfər edib.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayında 744 962 nəfər və ya 72,7% azalma qeydə alınıb.

İlk 8 ayda Gürcüstana yollanan beynəlxalq ziyarətçilərin sayı 75,6% azalaraq 1 544 098 nəfər təşkil edib. /Report/

Digər xəbərlər