• 10.08.2020

Gürcüstanda bəzi qəpiklər dövriyyədən çıxarılır

 Gürcüstanda bəzi qəpiklər dövriyyədən çıxarılır

28 İyul, 2020 | 13:28

Gürcüstanda 1 və 2 tetrilik qəpiklər dövriyyədən çıxarılır.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Milli Bankından bildirilib.

Qeyd olunub ki, bu qəpiklərdən son istifadə müddəti 2020-ci ilin sonunda başa çatır.

2021-ci ilin yanvarın 1-dən 1 və 2 tetrilər il ərzində kommersiya banklarında dəyişdirilə bilər. 2022-ci ilin yanvarın 1-dən isə dəyişdirilmə yalnız Milli Bank vasitəsilə həyata keçiriləcək.

Digər xəbərlər