• 13.08.2020

Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi idxalçısı olub

 Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi idxalçısı olub

14 İyul, 2020 | 17:32

Bu ilin ilk yarısında Gürcüstan 787,05 mln kilovatt/saat həcmində elektrik enerjisinin idxalını həyata keçirib.

NewsBureau xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Yanvar-iyun aylarında ölkənin tədarük etdiyi elektrik enerjisinin 415,97 mln kilovatt/saatı və ya 52,8%-i Azərbaycanın payına düşüb. Azərbaycan həmçinin Gürcüstan üzərindən Türkiyəyə 82,22 mln kilovatt/saat həcmində elektrik enerjisinin tranzitini həyata keçirib.

Hesabat dövründə Gürcüstanın ikinci əsas elektrik enerjisi tədarükçüsü Rusiya (371,08 mln kilovatt/saat) olub. /Report/

Digər xəbərlər