• 13.08.2020

“Wizz Air” Gürcüstan bazarından gedir?

 “Wizz Air” Gürcüstan bazarından gedir?

1 İyul, 2020 | 12:31

Macarıstanın “Wizz Air” aşağı büdcəli aviaşirkətinin Kutaisi şəhərindəki bazasını ləğv edəcəyi barədə məlumatlar yayılıb.

NewsBureau xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumatlara münasibət bildirib.

Onun sözlərinə görə, aviaşirkət Gürcüstan bazarını tərk etmir və uçuşları bərpa etməyə hazırlaşır.

Qeyd edək ki, “Wizz Air” 2012-ci ildən Kutaisiyə uçuşlar həyata keçirir. Şirkətin bu şəhərdəki bazası 2016-cı ildə açılıb.

Digər xəbərlər