• 09.07.2020

SOCAR-ın Gürcüstan törəməsindəki payı kəskin artıb

 SOCAR-ın Gürcüstan törəməsindəki payı kəskin artıb

1 İyul, 2020 | 11:50

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi – “SOCAR Energy Georgia” şirkətində payını 16,3% artıraraq nəzarət payını 91,8%-ə yüksəldib.

NewsBureau xəbər verir ki, bu barədə SOCAR-ın “Ernst&Young” (EY) şirkəti tərəfindən audit olunmuş 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd olunub.

2020-ci il yanvarın 21-də “SOCAR Energy Georgia” şirkətində iştirak payı 16,3% artırılıb. Bu payın alınması üçün 65 mln manat (38 mln ABŞ dolları) ödənilib. Nəticədə SOCAR-ın “SOCAR Energy Georgia” şirkətində nəzarət payı 75,5%-dən 91,8%-ə yüksəlib.

“SOCAR Energy Georgia” MMC 2006-cı ildə yaradılıb. /Report/

Digər xəbərlər