• 13.08.2020

Gürcüstan aviauçuşların bərpasını təxirə salır

 Gürcüstan aviauçuşların bərpasını təxirə salır

25 İyun, 2020 | 12:48

“Gürcüstan müntəzəm uçuşların bərpasının iyul ayının sonuna qədər təxirə salmalı olacaq”.

NewsBureau xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inmişa naziri Natia Turnava bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan hökumətinin turizmlə bağlı əsas vəzifəsi epidemioloji vəziyyətin idarə olunması və əhalinin sağlamlığının qorunmasıdır.

N.Turnava beynəxalq ziyarətçilərlə bağlı ehtiyatlı davranmanın olacağını deyib: “Çarter reyslərinin yerinə yetirilməsi davam etdiriləcək. Müntəzəm reyslərin bərpası ilk növbədə dünyadakı epidemioloji vəziyyətdən asılıdır”.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən sərhədlərini xarici turistlər üçün açmağı planlaşdırırdı. /Report/

Digər xəbərlər