• 13.08.2020

Azərbaycan bu il Gürcüstandan 94,6 milyon dollarlıq avtomobil idxal edib

 Azərbaycan bu il Gürcüstandan 94,6 milyon dollarlıq avtomobil idxal edib

24 İyun, 2020 | 13:40

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 8 820 ədəd avtomobil ixrac olunub.

NewsBureau xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Minik maşınlarının ümumi dəyəri 94,6 milyon ABŞ dolları təşkil edib.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin sayında 2 016 ədəd və ya 1,29 dəfə artım qeydə alınıb.

Hesabat dövründə Gürcüstan Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində 425 ədəd yük maşını da ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə say 114 ədəd azalıb.

Digər xəbərlər