• 02.07.2020

Gürcüstan tibbi maska ixrac edəcək

 Gürcüstan tibbi maska ixrac edəcək

28 May, 2020 | 16:39

Gürcüstanda istehsal olunan tibbi maskalar ixraca yönəldiləcək.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, tibbi məhsula ABŞ, Avropa ölkələri və Ukraynada tələbat var:

“Bu o deməkdir ki, iki ay ərzində Gürcüstan tibbi maska idxalçısından ixracatçısına çevrilib”.

Nazir qeyd edib ki, hazırda ölkədə 20-yə yaxın şirkət tibbi maska istehsal edir.

Digər xəbərlər