• 27.05.2020

“Wizzair” Gürcüstana uçuşları bərpa edir

 “Wizzair” Gürcüstana uçuşları bərpa edir

22 May, 2020 | 12:10

Macarıstanın aşağıbüdcəli “Wizzair” şirkəti Gürcüstana uçuşları bərpa etməyə hazır olduğunu təsdiqləyib.

NewsBureau xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, aviaşirkət artıq Vilnüs-Kutaisi istiqaməti üzrə birbaşa uçuşların bərpasına hazırdır.

N.Turnava qeyd edib ki, Baltikyanı ölkələr arasında hava əlaqəsi artıq bərpa olunub: “Gürcüstan bu ölkələrin hər biri ilə turist səfərlərini bərpa etməyə hazırdır”.

Qeyd edək ki, ölkə iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə hazırlaşır. Artıq 20-dən artıq aviaşirkətlə Gürcüstana uçuşların bərpası ilə bağlı razılıq əldə olunub. /Report

Digər xəbərlər