• 30.05.2020

Gürcüstan Türkiyə ilə qarşılıqlı səfərlərin bərpasını müzakirə edib

 Gürcüstan Türkiyə ilə qarşılıqlı səfərlərin bərpasını müzakirə edib

21 May, 2020 | 16:40

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyla onlayn formatda görüş keçirib.

NewsBureau xəbər verir ki, nazirlər iki ölkə arasında yerüstü və hava əlaqəsinin təhlükəsiz şəraitdə bərpasına hazırlıq məsələlərini müzakirə ediblər.

N.Turnava qeyd edib ki, Gürcüstan və Türkiyə arasında əlaqələr kifayət qədər möhkəmdir və qarşılıqlı hərəkət hər zaman fəal olub.

Görüşdə “Türk Hava Yolları” aviaşirkətinin Gürcüstana uçuşları bərpa etməyə hazırlığı məsələsi də nəzərdən keçirilib. /Report/

Digər xəbərlər