• 30.05.2020

Marneuli fermerlərinə aqrodizel kartlarının verilməsinə başlanılıb

 Marneuli fermerlərinə aqrodizel kartlarının verilməsinə başlanılıb

20 May, 2020 | 17:37

Marneulidə Rustaveli küçəsində aqrodizel yanacağı üçün endirim kartlarının verilmə mərkəzi açılıb. 

NewsBureau xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

Müvafiq meyarlara cavab verən vətəndaşlar iş günlərində saat 09:00-dan 18:00-dək mərkəzin xidmətlərindən istifadə edə bilərlər. Proqramdan yararlanan fermerlər sözügedən kartı Ədliyyə evi, icma mərkəzləri və “Liberty Bank”ın filiallarında da əldə edə bilərlər. 

Qeyd edək ki, hökumətin böhran əleyhinə proqramına əsasən, hər bir fermerə 1 hektar torpaq sahəsi üçün 150 litr aqrodizel güzəştli qiymətlə satılacaq. Yanacaq “SOCAR Georgia Petroleum” şirkətindən alınacaq. Dəstək proqramından 200 mindən çox fermer faydalanacaq.

Digər xəbərlər