• 30.05.2020

Gürcüstan ət istehsalını azaldıb

 Gürcüstan ət istehsalını azaldıb

20 May, 2020 | 14:09

Bu ilin birinci rübündə Gürcüstanda 107 milyon litr süd istehsal olunub.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə məhsulun həcmi 5% artıb.

Yanvar-martda ölkədə ət istehsalı 0,6% azalaraq 16,2 min ton təşkil edib. Yumurta istehsalı isə 0,6% artaraq 160,4 milyon ədəd olub.

Birinci rübün sonunda Gürcüstanda iribuynuzlu mal-qaranın sayı 1,9% artaraq 973,5 min baş təşkil edib.

Digər xəbərlər