• 28.05.2020

Qaxaria: “Gürcüstanda iqtisadi artım kəskin azalacaq”

 Qaxaria: “Gürcüstanda iqtisadi artım kəskin azalacaq”

“Koronavirus pandemiyasına görə Gürcüstanda iqtisadi artımın əhəmiyyətli dərəcədə azalacağı gözlənilir”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.

Baş nazir deyib ki, Gürcüstan hökuməti iki cəbhədə – sağlamlıq və iqtisadi inkişaf üçün mübarizə aparacaq: “İqtisadi artımın ciddi azalacağını gözləyirik və buna görə də büdcəyə dəyişikliklər ediləcək”.

Qeyd edək ki, Dünya Bankı Gürcüstanda iqtisadi artımın COVID-19 pandemiyası səbəbindən kəskin yavaşlayacağını proqnoz edib. /Report/

Digər xəbərlər