• 15.08.2020

SOCAR Gürcüstanda koronavirusla mübarizəyə pul köçürüb

 SOCAR Gürcüstanda koronavirusla mübarizəyə pul köçürüb

“Socar Georgia Petroleum” şirkəti StopCoV fonduna 200 min lari pul köçürüb.

NewsBureau xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Hesab edirik ki, virusa qalib gəlmək üçün əlimizdən gələni etmək hər birimizin borcudur”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda StopCoV fondunda 9 milyon lari pul toplanıb.

Digər xəbərlər