Tsalkada yeni istehsal müəssisəsi açılıb – FOTO

 Tsalkada yeni istehsal müəssisəsi açılıb – FOTO

Kvemo Kartli bölgəsinin Tsalka bələdiyyəsinin Gümbət kəndində yeni süd emalı müəssisəsi açılıb.

NewsBureau xəbər verir ki, istehsal müəssisəsinin yaradılmasına 500 min lari həcmində investisiya yatırılıb ki, bunun da 170 min larisi kredit hesabına təmin olunub.

Zavodda gün ərzində orta hesabla 7-8 ton süd emal olunacaq və üç növ pendir – zavod, sulquni və imeruli pendirləri istehsal olunacaq. Müəssisədə 24 yerli sakin işlə təmin olunub.

Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Kəndlərin İnkişafı Agentliyinin direktoru İlya Tamaraşvili və Tsalka meri zavoda baş çəkərək fəaliyyəti ilə tanış olublar.  

2013-cü ildən etibarən dövlətin dəstəyi ilə Kvemo Kartlidə 23 yeni müəssisə yaradılıb.

Digər xəbərlər