• 29.02.2020

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

 Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Ötən ay Azərbaycandan Gürcüstana 1,70 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilib.

Gürcüstana Azərbaycandan daxil olan pul köçürmələrinin həcmi illik müqayisədə 6,64% artıb. Azərbaycandan olan pul köçürmələrinin ümumi köçürmələrdəki payı 1,35%-ə bərabər olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 1,2 milyon dollar pul köçürülüb. 

Yanvar ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 125,6 milyon dollar pul daxil olub ki, bu da illik müqayisədə 9,9 milyon dollar və ya 8,6% çoxdur.

Gürcüstandan xarici ölkələrə köçürülən pul vəsaitlərinin həcmi isə 19,1% artaraq 18,5 milyon dollar təşkil edib.

Digər xəbərlər