• 12.07.2020

Gürcüstan və Azərbaycan Türkmənistan neftinin tranziti ilə bağlı razılığa gəlib

 Gürcüstan və Azərbaycan Türkmənistan neftinin tranziti ilə bağlı razılığa gəlib

Gürcüstan və Azərbaycan Türkmənistandan neftin tranziti ilə bağlı razılıq əldə ediblər.

NewsBureau xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

Fevralın 11-də, Tbilisidə “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında görüş keçirilib. Görüşdə Türkmənistan neft və neft məhsullarının Gürcüstan dəmir yolları ilə daşınması məsələsi müzakirə olunub.

İntensiv müzakirələrdən sonra Türkmənistan neft və neft məhsullarının daşınması ilə bağlı mövsümi və rəqabətli tariflər razılaşdırılıb ki, bu tariflər il ərzində “Volqa-Don” marşrutu ilə rəqabət aparmağa imkan verəcək.

Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradze arasında protokol imzalanıb və effektiv əməkdaşlığın gələcək planları müəyyən olunub. 

Toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC, Dübəndi və Batumi neft terminallarının nümayəndələri də iştirak ediblər.

Digər xəbərlər