• 29.02.2020

Gürcüstan ötən ay 882 milyon dollarlıq ticarət edib

 Gürcüstan ötən ay 882 milyon dollarlıq ticarət edib

Yanvar ayında Gürcüstanın xatici ticarət dövriyyəsinin həcmi 882,4 milyon dollara bərabər olub.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin yaydığı məlumatda bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsində 5,7% artım qeydə alınıb.

Ötən ay ixracın həcmi 262,6  milyon dollar (+10%), idxalın həcmi 619,7 milyon dollar (+3,9%) təşkil edib. Ticarət kəsiri 357,1 milyon dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,5%-ə bərabər olub.

Digər xəbərlər