• 29.02.2020

Gürcüstandan Azərbaycana səfər edənlərin sayı 14%-dən çox artıb

 Gürcüstandan Azərbaycana səfər edənlərin sayı 14%-dən çox artıb

Yanvar ayında Gürcüstandan Azərbaycana səfər edənlərin sayı 63,8 min nəfər olub.

NewsBureau xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Turizm Agentliyinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə gürcüstanlı ziyarətçilərin sayı 14,6% artıb.

2019-cu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 55,7 min ziyarətçi qəbul edib.

Gürcüstan Azərbaycana edilən səfərlər baxımından keçən ilin yanvar ayında olduğu kimi ikinci yeri tutub. Birinci yerdə 67,9 min nəfərlə Rusiya, üçüncü yerdə isə 24,6 min nəfərlə Yaxın Şərq ölkələri qərarlaşıb.

Ötən ay Azərbaycana səfər edənlərin ümumi sayı 226,2 min nəfər təşkil edib ki, bu da illik müqayisədə 18,1% çoxdur.

Digər xəbərlər