• 29.02.2020

“Air France” Tbilisi və Paris arasında reysləri bərpa edir

 “Air France” Tbilisi və Paris arasında reysləri bərpa edir

Aprelin 1-dən etibarən Fransanın “Air France” aviaşirkəti Paris-Tbilisi-Paris istiqamati üzrə uçuşları bərpa edəcək.

NewsBureau xəbər verir ki,  bu barədə TAV Georgia məlumat yayıb.  

Yay mövsümü ərzində Parisin Şarl de Qoll adına hava limanından Tbilisi beynəxalq aeroportuna uçuşlar həftədə iki dəfə Airbus A 320-21 tipli təyyarə ilə yerinə yetiriləcək.

Gürcüstan paytaxtına uçuş çərşənbə və şənbə günləri, Tbilisidən uçuş isə cümə axşamı və bazar günlərinə təyin olunub.

“Air France” Gürcüstanın aviasiya bazarına ötən ilin martın 31-də daxil olub.

Digər xəbərlər