• 15.08.2020

Gürcüstanda toyuq əti bahalaşacaq

 Gürcüstanda toyuq əti bahalaşacaq

Gürcüstanda toyuq ətinin qiymətində 20% artımın olacağı gözlənilir.

NewsBureau xəbər verir ki, buna səbəb bu qida məhsulu ilə bağlı qüvvəyə minən texniki reqlamentdir.

Sənədə əsasən, növbəti 5 ildə dondurulmuş toyuqların realizasiyası yeni standarta uyğun həyata keçiriləcək. Tərkibində 5%-dən çox su olan məhsul bazara daxil ola bilməyəcək.

Toyuq ətində 5% suyun olmasına 2025-ci ilədək yol veriləcək. Həmin ildən sonra beynəxalq standartı tətbiq etmək məcburi olacaq. Standarta əsasən, toyuq ətində suyun miqdarı 3,5%-ə qədər endiriləcək.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına əsasən, ötən il 65 milyon ABŞ dolları dəyərində toyuq əti idxal olunub.

Digər xəbərlər