• 29.02.2020

Gürcüstanda Azərbaycan Ticarət Evinin açılması üçün nə tələb olunur?

 Gürcüstanda Azərbaycan Ticarət Evinin açılması üçün nə tələb olunur?

“Azərbaycan hökuməti ölkə xaricində ticarət evlərinin açılmasını dəstəkləyir”.

NewsBureau xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda Azərbaycan Ticarət Evinin açılması məsələsinə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, bu cür evlərin açılmasında yanaşma ondan ibarətdir ki, ticarət evlərinin fəaliyyəti daimi və dayanıqlı olmalıdır: “Ticarət evləri dayanıqlı əsaslarla açılmalıdır, onun fəaliyyət modeli, özəl sektor və ya dövlət tərəfindən xərcləri müəyyən edilməlidir. Əgər özəl sektorda belə maraq varsa, birmənalı şəkildə dəstəkləməyə hazırıq”.

/Report/

Digər xəbərlər