• 29.02.2020

SOCAR-ın Gürcüstandakı şirkətlərində 5 100 nəfər işləyir

 SOCAR-ın Gürcüstandakı şirkətlərində 5 100 nəfər işləyir

“Gürcüstanda SOCAR şirkətlər qrupu 5 100 nəfəri işlə təmin edib”.

NewsBureau “Report”a istinadla xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəməsi “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, SOCAR 2006-cı ildən etibarən Gürcüstan iqtisadiyyatına 1,1 mlrd. ABŞ dollarından artıq sərmayə yatırıb: “Şirkətin bu ölkədə ödədiyi vergilərin ümumi həcmi 1,5 mlrd. ABŞ dollarını ötüb. Son illərin statistikasına əsasən, “SOCAR Georgia” Gürcüstan iqtisadiyyatında ən iri vergi ödəyicisidir və bu mövqeyini saxlayır”.

Digər xəbərlər