• 29.02.2020

Nazir: “Azərbaycan Gürcüstanda həyata keçirdiyi layihələrdə yerli azərbaycanlıları nəzərə alır”

 Nazir: “Azərbaycan Gürcüstanda həyata keçirdiyi layihələrdə yerli azərbaycanlıları nəzərə alır”

“Azərbaycan və Gürcüstan arasında iqtisadi-ticari əlaqələr yüksələn xətt üzrə inkişaf edir”.

NewsBureau xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

O bildirib ki, 2019-cu ilin nəticələrinə görə, ölkələr arasında ticarət dövriyyəsi 11%-dən çox artıb: “Bu artım əsasən Azərbaycan məhsullarının Gürcüstan bazarına ixracı hesabına baş verib”.

Nazir Gürcüstanın Azərbaycan üçün vacib tərəfdaş ölkə olduğunu deyib: “Gürcüstanda çox sayda soydaşımız yaşayır. Azərbaycan dövləti və Heydər Əliyev Fondu tərəfindən bu ölkədə həyata keçirilən layihələrdə bu faktor nəzərə alınır”.

/Report/

Digər xəbərlər