Gürcüstanda ilk elektromaşın nə zaman yığılacaq?

 Gürcüstanda ilk elektromaşın nə zaman yığılacaq?

Gürcüstanın Kutaisi şəhərində ilk elektromaşın 2020-ci ilin avqustunda yığılacaq.

NewsBureau xəbər verir ki, bu barədə “Maestro” telekanalına İmeretinin qubernatoru Zviad Şalamberidze bildirib.

Onun sözlərinə görə, ilk mərhələdə zavodda il ərzində 5 min elektromaşının yığılması planlaşdırılır: “Avtomobillərin hamısı Avropa İttifaqına ixrac olunacaq. 2021-ci ilin payızına qədər müəssisənin istehsal gücü səkkiz dəfə artacaq və istehsal olunan maşınların yarısı daxili bazarda qalacaq”.

Digər xəbərlər