• 24.01.2020

Qara dənizin Gürcüstan hissəsində neft və qaz axtarılacaq

 Qara dənizin Gürcüstan hissəsində neft və qaz axtarılacaq

Qara dənizin Gürcüstan akvatoriyasında neft və qaz ehtiyatları axtarılacaq.

NewsBureau xəbər verir ki, bununa bağlı Gürcüstanın Dövlət Neft və Qaz Agentliyi açıq beynəlxalq tender elan edib.

Tenderin şərtlərinə əsasən, axtarış-kəşfiyyat işləri dəniz şelfindəki lisenziyalaşdırılmış ikinci və üçüncü blokda aparıclacaq.

Blokların işlənilməsi üçün lisenziyanın alınması ilə bağlı müraciətlər bu il aprelin 20-dək qəbul olunacaq. 

/Report/

Oxşar xəbərlər