• 01.04.2020

Gürcüstanda bu şəxslər artıq işsiz hesab olunacaqlar

 Gürcüstanda bu şəxslər artıq işsiz hesab olunacaqlar

2020-ci ilin III rübündən etibarən Gürcüstanın Milli Statistika İdarəsi işsizlər barədə göstəriciləri yeni metodologiya üzrə toplayacaq.  

NewsBureau xəbər verir ki, bu barədə qurumun icraçı direktoru Qoqita Todradze bildirib.

O deyib ki, yeni metodologiyaya əsasən işlə təmin olunan şəxs yalnız bazarda öz xidmət və ya məhsulunu təklif edən hesab olunacaq. Öz sahəsində kənd təsərrüfatı ilə məşğul olan və yığdığı məhsulu kommersiya məqsədi olmadan yalnız özü üçün istifadə edənlər isə artıq işsiz hesab olunacaqlar.

Q.Todradzenin sözlərinə görə, bazara hədəflənməyən şəxslər özüməşğul olanların kateqoriyasından çıxarılacaq: “Bu şəxslər bazara məhsulun 50 faizdən çox olmayan hissəsini çıxaranlardır. Onlar da özüməşğul hesab olunmayacaqlar”.

Qeyd edək ki, ötən ilin III rübündə Gürcüstanda işsizlik səviyyəsi 11,1% olub. Yeni metodologiyanın tətbiqindən sonra bu göstəricinin artacağı gözlənilir.

Digər xəbərlər