• 24.01.2020

Gürcüstan aviaşirkətlərini İran və İraqın hava məkanından istifadə etməməyə çağırıblar

 Gürcüstan aviaşirkətlərini İran və İraqın hava məkanından istifadə etməməyə çağırıblar

Gürcüstanın Mülki Aviasiya Agentliyi ölkənin aviaşirlətlərini İran və İraqın hava məkanından istifadə etməkdən çəkinməyə çağırıb.

NewsBureau xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi İran və İraqın hava məkanından uçuşları yüksək risk kimi qiymətləndirib: “Avropa aviaşirkətlərinə İraq və İranın hava məkanından istifadə etməmək tövsiyə olunub. Aviasiya sahəsində beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumat mübadiləsi həyata keçirirlər, uçuşlar və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı cari riskləri qiymətləndirirlər”. 

/Report/

Oxşar xəbərlər