• 07.07.2020

Gürcüstan hava limanlarında sərnişin axını artıb

 Gürcüstan hava limanlarında sərnişin axını artıb

2019-cu ildə Gürcüstanın hava limanlarında 5 200 419 sərnişinə xidmət  göstərilib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyinin yaydığı məlumatda bildirilib.

İllik müqayisədə sərnişin axınında 3% artım qeydə alınıb.

Ötən il Tbilisi beynəlxalq hava limanından 3 692 202, Batumi hava limanından isə 624 178 sərnişin istifadə edib. Tbilisi aeroportunda sərnişin axınında 3% azalma, Batumi aeroportunda isə 4% artım olub.

Kutaisi hava limanında sərnişin axını 42% artaraq 873 907 nəfər təşkil edib.  

2019-cu ildə yerli aeroportlarda da sərnişin axınında artım müşahidə olunub.

Digər xəbərlər