• 24.01.2020

Anaklia limanının tikintisi üçün yeni investor axtarılır

 Anaklia limanının tikintisi üçün yeni investor axtarılır

“Gürcüstan hökuməti Anaklia dərin dəniz limanının tikintisi üçün yeni investor axtarır”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstana dərin dəniz limanı lazımdır: “Anaklia limanı ölkənin iqtisadi təhlükəsizliyi və ölkənin potensialının tam reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Liman layihəsi investorlara deyil, dövlətə məxsusdur. Gürcüstan dövləti bu layihənin həyata keçirilməsi təşəbbüsünü hələ 2014-cü ildə irəli sürüb. Liman 2020-ci ilin sonunda istifadəyə verilməli idi, lakin sazişdə qeyd olunan müddət başa çatandan sonra gözlənilən nəticə əldə olunmadı. Bu, konkret investorla müqavilənin dayandırılmasının səbəbi olub”.

Nazir qeyd edib ki, Gürcüstanda dərin dəniz limanına ehtiyac olduğundan hökumət layihənin tez bir zamanda həyata keçirilməsi üçün yeni tərəfdaş axtarmağa başlayacaq.

/Report/

Oxşar xəbərlər