• 07.07.2020

Turnava: “Gürcüstan Azərbaycandan təbii qazı problemsiz alacaq”

 Turnava: “Gürcüstan Azərbaycandan təbii qazı problemsiz alacaq”

“Gürcüstanın idxal etdiyi təbii qazın böyük hissəsi Azərbaycandan daxil olur və bu məsələdə heç bir problem olmayacaq”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

O deyib ki, Azərbaycan Gürcüstanı təbii qazla təmin etməkdə davam edəcək: “Gürcüstanın təbii qaz idxalının 95 faizi Azərbaycanın payına düşür. Qazla təminat məsələsində heç bir problem olmayacaq. Əsas odur ki, tarif artırılmayacaq. Bunun üçün bizim kifayət qədər imkanımız var”.

Qeyd edək ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının bugünkü qərarı ilə “SOCAR Georgia Gas” və “Sakorqaz” SC üçün gələn ilin iyulun 1-dək təbii qazın tarifi dəyişməz olaraq saxlanılıb.

/Report/

Digər xəbərlər