• 07.07.2020

Azərbaycan gələn il Gürcüstanın təbii qaz tələbatının 93%-ni ödəyəcək

 Azərbaycan gələn il Gürcüstanın təbii qaz tələbatının 93%-ni ödəyəcək

2020-ci ildə Gürcüstanın təbii qaz tədarükü 2,57 mlrd. kubmetr həcmində müəyyən olunub.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın təsdiqlədiyi gələn ilki təbii qaz balansında qeyd olunub.

Gürcüstan bu həcmin 2,39 mlrd. kubmetrini və ya 92,7%-ni Azərbaycandan əldə edəcək.

Bu həcmin 1,51 mlrd. kubmetri SOCAR -dan, 873,8 mln. kubmetri isə “Şahdəniz” konsorsiumundan alınan qazın payına düçəcək.

2020-ci ildə Gürcüstanın Rusiyadan idxal edəcəyi təbii qazın həcmi isə 169,9 miln. kubmetr, yaxud ümumi həcmin 6,6%-ni təşkil edəcək.

Gürcüstanda gələn il təbii qaz hasilatının 17,9 mln. kubmetr olacağı proqnozlaşdırılır.

/Report/

Digər xəbərlər