• 29.01.2020

Gürcüstanın şərab ixracından gəliri 220 milyon dollara çatıb

 Gürcüstanın şərab ixracından gəliri 220 milyon dollara çatıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan 53 ölkəyə, təxminən, 86 milyon şüşə şərab ixrac olunub.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Milli Şərab Agentliyi məlumat yayıb.

İllik müqayisədə şərab ixracında 10% artım qeydə alınıb.

İxrac olunan şərabın dəyəri 220 milyon ABŞ dollarına bərabər olub ki, bu da 2018-ci ilin eyni göstəricisindən 20% çoxdur.

Hesabat dövründə 28 ölkə Gürcüstandan 585 min şüşə çaça idxal edib. Bu alkoqollu içkinin ixracı 63% artıb. Çaçanın ixracından əldə olunan gəlir isə 1,6 milyon dollara çatıb.

Oxşar xəbərlər