• 12.12.2019

TANAP-ın Avropa bağlantısının açılış mərasimi keçirilib

 TANAP-ın Avropa bağlantısının açılış mərasimi keçirilib

Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.

NewsBureau xəbər verir ki, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş naziri Giorgi Qaxaria iştirak ediblər.

TANAP Türkiyə və Avropanın təbii qaza olan tələbatını tam ödəməlidir. Layihə qazın Avropaya tədarükünün diversifikasiyanı yönəldilib. Təbii qaz Azərbaycanın “Şahdəniz” yatağından Avropaya ixrac olunacaq.

Dəyəri 10 milyon ABŞ dolları olan layihənin illik ötürücülük gücü 16 milyard kubmetr qaz təşkil edəcək.

Oxşar xəbərlər