• 12.12.2019

Tbilisidən Banqkoka birbaşa çarter reysləri açılacaq

 Tbilisidən Banqkoka birbaşa çarter reysləri açılacaq

Tailandın “Thai AirAsia X” aviaşirkəti Gürcüstana birbaşa çarter reysləri yerinə yetirəcək.

NewsBureau xəbər verir ki, Banqkok-Tbilisi-Banqkok reysləri 2019-2020-ci ilin qış naviqasiya mövsümündə həyata keçiriləcək.

Reyslər 25, 27-28, 29 dekabr və 1, 2 və 6 yanvara (altı reys) təyin olunub.

Birbaşa çarter reysləri Airbus A330 təyyarələrlə yerinə yetiriləcək. Əsas məqsəd Gürcüstana turistlərin cəlb olunmasıdır.

Oxşar xəbərlər