• 12.12.2019

Gürcüstan iqtisadiyyatı 5,7% artıb

 Gürcüstan iqtisadiyyatı 5,7% artıb

Ötən ay Gürcüstanda 5,7% səviyyəsində iqtisadi artım qeydə alınıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə orta iqtisadi artım tempi isə 5,1%-ə bərabər olub.

Oktyabrda istehsal, hotel və restoranlar, informasiya və kommunikasiya sahələrində artım olub. Mədənçıxarma və karxana, incəsənət, əyləncə və istirahət sahələrində isə azalma baş verib.

Oxşar xəbərlər