• 13.12.2019

Rusiya və Gürcüstan arasında aviauçuşlar nə zaman bərpa olunacaq?

 Rusiya və Gürcüstan arasında aviauçuşlar nə zaman bərpa olunacaq?

Rusiya və Gürcüstan arasında aviauçuşlara qoyulan qadağa 2020-ci ilin birinci yarısında aradan qaldırıla bilər.

NewsBureau xəbər verir ki, bu barədə “İzvestiya” nəşri Rusiya hökumətindəki mənbəyə istinadla yazıb.

Mənbənin bildirdiyinə görə, Gürcüstanda lazımı təhlükəsizlik səviyyəsi mövcud deyil. Aviauçuşların bərpası haqqında qərarı Moskva Tbilisi ilə məqsədyönlü məsləhətləşmələr aparmadan qəbul edəcək.

Qeyd edək ki, iki ölkə arasında birbaşa uçuşlar bu ilin iyulun 8-dən etibarən dayandırılıb.

Oxşar xəbərlər